Dinlə

Here is the Music Player. You need to installl flash player to show this cool thing!

Nağıl və Mahnılar

Kuklam

Origami


Origami bir kağız qatlama sənətidir. İlk dəfə Japoniyada inkişaf etdi. Kağızları qatlayıb qayıq, gəmi, ağac, heyvan və ya bir-birindən fərqli fiqurları edilər.

Bismillah!

Bismillah, "Allahın adıyla" deməkdir. Etdiyimiz hər işə, bu sözlə başlamamız lazımdır. Biz, "Bismillah!" deyərək Allahdan icazə istəyərik. Çünki, var olan hər şey Onundur. Biz də Onunuq. Hər varlıq kimi bizi də O yaratdı.

Külək necə yaranır?

Külək (qasırğa) çox vaxtı nağıl qəhrəmanı olur. Bir az fikirləşsən, sən də bu nağılları yada sala bilərsən. Mən fikirləşirəm ki, külək  sirli olduğundan nağıl qəhrəmanına çevrilib. Tamamilə küləksiz günlərə çox geç-geç rast gəlmək olur. Amma küləyin yaranması çox  adidir. Külək haradan götürülür? Başa düşə bilmirəm!

Bizim planetimiz qalın hava qatına bürünüb. Buna atmosfer deyirlər. Yer kürəsi çox böyükdür, onun ayrı-ayrı nöqtələrində temperatur müxtəlifdir. Ekvatorda hava çox qızdığına görə həmişə isti olur. Şimal və Cənub qütblərində buz nə yayda, nə qışda ərimir. Orada hava həmişə soyuyur. Okeanların üstündəki hava nəmi özünə çəkir, nəhəng səhralardakı hava isə çox quruyur.  Keçilməz cəngəllik bitən yerlərdə, məsələn, Cənubi Amerikadakı Amazonka çayında, havaya çoxlu oksigen keçir. Çoxlu şəhərlər və tüstüləyən zavodlar olan yerlərdə hava tüstü, yanıq iyi və hislə çirklənir.
Hava isə özü də qazdır, onun molekullarının sərhəd və divarları olmadığından onlar  azad uçurlar. Əksinə hava hər yerdə eyni olmağa çalışır. Əgər günəş, yer və okeanlar havanı sakit buraxsaydılar, temperatur və rütubət hər yerdə eyni olardı, küləklər isə birdəfəlik sakitləşərdi.
Lakin hava heç vaxt eyni olmur. Çünki yer və su hər yerdə müxtəlifdir, günəş də hər yeri  müxtəlif cür qızdırır. Məhz günəşə görə bizim planetdə küləklər sakitləşə bilmirlər.
Əlbəttə ki, küləyin hara və hansı qüvvə ilə əsdiyini müəyyən etmək elə də asan deyil, buna təsir edən səbəblər çoxdur. Mən isə sizə bütün küləklərin ən əsas səbəbindən danışmaq istədim.

Bəyəndin? Paylaş:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Yol hərəkət qaydaları

Duanın xeyiri

Slideshow

Tıx-tıx xanım

Təmizlik


1) Yerlərə zibil atmamalıyıq.
2) Zibilləri, zibil paketinin ağızını möhkəmcə bağladıqdan sonra zibil qutusuna atmalıyıq.
3) Evimizin önünü və bağçamızı həftədə ən az bir dəfə təmizləməliyik.
4) Yerə tüpürməməliyik.
5) Meşələri qorumalıyıq.
6) Ağaclara zərər verməməliyik.
7) Çəmənlərin üzərində atəş yandırmamalıyıq.
8) Heyvanlara zərər verməməliyik.
9) Dənizləri çirklətməməliyik.

SAĞLAM OL!


1) Sağlam olmaq üçün, əvvəlcə bədən təmizliyimizə diqqət yetirməliyik.
2) Nizamlı olaraq duş qəbul etməliyik.
3) Dırnaqlarımızın qısa və təmiz olmasına diqqət yetirməliyik.
4) Yeməkdən əvvəl əllərimizi yumalıyıq.
5) Yeməklərdən sonra və xüsusilə yatmadan əvvəl dişlərimizi fırçalamalıyıq.