Biliyini artır!
Uşaqlar bizim gələcəyimizdir!
Yol Hərəkət Qaydaları
PİYADALARIN BİLMƏSİ LAZIM OLAN YOL HƏRƏKƏTİ QAYDALARINI ÖYRƏNƏK. HARALARDAN GETMƏLİYİK?
Səkilərdə və küçələrdə gedərkən daim piyada səkilərindən getməliyik.
Piyada səkilərindən gedərkən daim sağ tərəfdən getməliyik.
Piyada səkilərində, sizdən başqa piyadaların da olacağını düşünərək diqqətli davranmalıyıq.
Piyada səkisi olmayan küçələrdə getmək məcburiyyətində qaldığımızda, yolun sol kənarından getməliyik.
QARŞIDAN QARŞIYA NECƏ KEÇMƏK OLAR?
Yola enmədən əvvəl səkinin kənarında dayanmalıyıq.
Əvvəl sola, daha sonra sağa, təkrar sola baxaraq yolu nəzarət etməli, əgər vasitə gəlmirsə qaçmadan sürətli addımlarla getməliyik.
Yolun ortasına gəlindiyində təkrar sağa baxaraq, yenə qaçmadan sürətli addımlarla gedərək qarşıya keçməliyik
QARŞIDAN QARŞIYA HARALARDAN KEÇƏ BİLƏRİK?
1- Alt keçidlərdən,
2- Üst keçidlərdən,
3-Piyada keçidlərindən
4- Məktəb keçidlərindən,
5- Yol Polisinin olduğu yerlərdən,
6- Yol işıqlarının olduğu yerlərdən,
7- Sayılanların heç biri yoxsa künc başlarından keçməliyik. Çünki; hansı istiqamətdən gəlirsə gəlsin bütün vasitələri rahatlıqla görə bilərik.
HARALARDA OYUN OYNAMAQ OLAR?
Boş torpaqlarda və ya sahələrdə,
Uşaq oyun parkları Oyun sahələrində,
Məktəb bağçalarında oynamalıyıq.
Prospektlərdə və küçələrdə qətiyyən oyun oynamamalıyıq.










butun yol hereketi qaydalarina riayet etmek lazimdir
duz deyirsen ren butun yol qaydalarina riyet etmek lazimdir
yol hereketi qaydalarini bilmek ve riayet etmek lazimdir