Ana Səhifə
Mahnılar
Nağıllar
Tapmacalar
Atalar Sözü
Bunları bilirdinizmi
Oyna və öyrən
Heyvanları sevin
İslam və uşaq
Nəqliyyat
Sağlıq
Əcnəbi nağıllar və mahnılar
Turpun Nağılı - MP3
Toyuq - ordek ve sichan nağılı MP3
Ağıllı Kuklam - mp3
Cücələrim - mp3
Can Bala - Damdabaca - mp3
Can Bala - U.Hacıbəyovun Arşın Mal Alan operettası - mp3
Can Bala - Cücələrim - mp3
Can Bala - Fəsillərin gözəli - mp3
Can Bala - Heç kim bilməsin - mp3
Can Bala - Sevirəm bu fəsili
|
Dənizlərin akrobatı: Delfinlər
Okeanların bu canayaxın canlıları, dişli balinalar qrupuna aiddir. Yunus, digər məməlilər kimi istiqanlıdır. Doğuraraq törəyər, balalarını südləriylə bəsləyər.
Delfinlərin çoxunun boyu, 120 sm ilə 300 sm arasındadır. Dənizlərdə 40ı aşan növü yaşamaqdadır.
2003-cü ilin aprel, may, iyun aylarında Qərb Qaradənizdə quruya vuran yunus növlərinin təsbiti üçün 45 kmlik sahil daranaraq 177 ədəd yunus tapılmışdır.
Delfinlər sürü halında yaşayarlar
Delfinlər yüzə qədər heyvandan ibarət olan bir sürü halında yaşayarlar. Bu sürülər kilometrlərcə yayıla bilərlər. Dişilər və balalar birliyin ortasında iştirak edərək üzərlər. Beləcə kişi delfinlər tərəfindən qorunarlar.
Delfinlər bir-birlərinə kömək edərlər!
Bir yunus təhlükədə olduğu zaman çətinlikdə olduğunu göstərən səslər çıxardar. Dərhal bütün sürünün fərdləri təhlükədə olan delfinə köməyə gələrlər.
Əgər bir yunus xəstə ya da yaralıdırsa başqa bir yunus onu kürəyinə götürərək nəfəs ala bilsin deyə suyun səthinə çıxardar.
Delfinlərin dişlərinin sayı yedikləri yeməklərə görə dəyişər
Böyük delfinlər kimi bəzi delfinlər balıqdan başqa bir şey yeməzlər. 150 dənə dişləri vardır və bu dişlər geriyə doğru əyilmiş olur.
Bala delfinin əvvəl quyruğu doğular!
Bala delfinin ana qarınından əvvəl quyruğu çıxar. Doğumdan dərhal sonra ana yunus balasını ilk nəfəsini alsın deyə dərhal su səthinə çıxardar. Əslində yunus bir balıq deyil. Bütün məməlilər kimi ağciyərləri vardır.
Ən sürətli yunus Orkadır. Saatda 55 km sürətlə üzər. Bütün məməli dəniz canlılarının arasında çempiondur.
Delfinlərin xəbərləşməsi
Delfinlər aralarında xəbərləşmək üçün bizim kimi ciyərlərindəki yığılmış havadan faydalanarlar. Beləcə səslər çıxarda bilərlər. Amma səs telləri yoxdur.
Fitləyər
Delfinlər fit səsi, cırıltı səsi ya da şappıldama səsi çıxardarlar. Bu səs-küylər dərhal o biri delfinlər tərəfindən qəbul edilər. Gerçəkdə səslər suyun içində 4 qat güclənər və havadakından yarı yarıya yayılma sürəti azalar.
Yüksək atlama rekordu: Yunus 7 metr yüksəyə tullana bilər. Kenquru isə ancaq 4 metr tullanar.
Partlama səsləri!
Delfinlər, hürməyi ya da inləməyi xatırladan partlayıcı səslər çıxardarlar. Bunu xüsusilə təhlükədə olduqları zaman edərlər. Bu bir çətinliyi göstərən səsdir.
Bütün isək
Səsötəsi dalğalar delfinin başının üzərində olan və bir yağ birleshmesinden ibarət olan delikden yayılar. Bir maneəyə çarpan səs dalğası eynilə bir əks-səda kimi delfinə geri dönər Delfinin beyni gələn bu əks olunanları anlar.
Dalış rekordu: Yunus 600 metr qədər dərinə dala bilər.
Səsötəsi dalğalar
Delfinlər dənizin dibini daramaq üçün səs dalğaları göndərərlər. Bu bir növ radar sistemidir. Delfinlərin çıxardığı bu səsləri insan qulağı eşidə bilməz.
Delfinlər səs sonrası dalğaları yaydıqlarında 800 metr ətraflarındakı bir uzaqlıqda olan bir maneəni ya da bir balıq sürüsünü təyin edə bilərlər. Təyin etdikləri bu obyekti daha detallı araşdırmaq üçün daha iti səsötəsi dalğaları göndərərlər.
Delfinlərin quruya vurması
Bəzi delfinlər sahilə çox çox yaxınlaşar. Burada su çox dayaz olduğundan yunus hərəkətsiz qalar. Sonunda yaxşıca qumluya süründürülüb ölər. Bu şəkildə ölən yunus sürülərinə rast gəlinə bilər.
Quruya vurmuş bir delfinə kömək edilə bilərmi?
Bəli. Hər şeydən əvvəl xilasetməyə xəbər vermək lazımdır. Xilasedicilər delfini təkrar suya endirmək üçün lazımlı vasitə və vəsaitlər gətirərlər. Qurtarma əsnasında delfinin dərisini davamlı yaş tutmaq lazımdır. Burun dəliyinə dolan qumu ya da suyu da təmizləmək lazımdır.
Suyun xaricinə çıxan delfinin sürəti saatda 40 kilometrə çata bilər.
Aralıq dənizinin delfinləri
Aralıq dənizidə tam 9 növə ayrılan bir milyondan çox yunus yaşamaqda.
Böyük yunus, sahillərə yaxın bölgələrdə yaşar, daha dərinlərdə isə minlərlə mavi və ağ yunus olar.
Delfinlərin ən kiçiyi Hektor delfinidir . Boyu 120 sm, kilosu da 40 kq qədərdir.
Delfinlər və insanlar
Delfinlərlə insanlar arasındakı dostluq köhnə çağlara qədər uzanar. Bir çox əhvalat, nağıl və əfsanəyə mövzu olmuşdur. İndiki vaxtda delfinlər böyük dəniz akvariumlarında etdikləri nümayişlərlə insanları əyləndirdiyi qədər çaşdırar da. Qaşdakı yarımada üzərində olan müalicə mərkəzində isə 3 və 14 yaş arası maneəli uşaqlar Delfinlərlə birlikdə üzərək müalicə görürlər.
Aralıq dənizinin bütün ətrafı boyunca delfinlərə rast gəlmək mümkün, Fransa, İspaniya, İtaliya sahillərində.
Bəzi delfinlər öz birliklərindən ayrılıb birdən sahilə insanların arasına qorxusuzca gedə bilər. Bu cür nümunələrə, maraqlı hadisələrə indiyə qədər bir çox bölgədə rast gəlinmişdir.
|
|