Ana Səhifə
Mahnılar
Nağıllar
Tapmacalar
Atalar Sözü
Bunları bilirdinizmi
Oyna və öyrən
Heyvanları sevin
İslam və uşaq
Nəqliyyat
Sağlıq
Əcnəbi nağıllar və mahnılar
Turpun Nağılı - MP3
Toyuq - ordek ve sichan nağılı MP3
Ağıllı Kuklam - mp3
Cücələrim - mp3
Can Bala - Damdabaca - mp3
Can Bala - U.Hacıbəyovun Arşın Mal Alan operettası - mp3
Can Bala - Cücələrim - mp3
Can Bala - Fəsillərin gözəli - mp3
Can Bala - Heç kim bilməsin - mp3
Can Bala - Sevirəm bu fəsili
|

KÜLƏK NECƏ YARANIR?
Külək (qasırğa) çox vaxtı nağıl qəhrəmanı olur. Bir az fikirləşsən, sən də bu nağılları yada sala bilərsən. Mən fikirləşirəm ki, külək sirli olduğundan nağıl qəhrəmanına çevrilib. Tamamilə küləksiz günlərə çox geç-geç rast gəlmək olur. Amma küləyin yaranması çox adidir. Külək haradan götürülür? Başa düşə bilmirəm!
Bizim planetimiz qalın hava qatına bürünüb. Buna atmosfer deyirlər. Yer kürəsi çox böyükdür, onun ayrı-ayrı nöqtələrində temperatur müxtəlifdir. Ekvatorda hava çox qızdığına görə həmişə isti olur. Şimal və Cənub qütblərində buz nə yayda, nə qışda ərimir. Orada hava həmişə soyuyur. Okeanların üstündəki hava nəmi özünə çəkir, nəhəng səhralardakı hava isə çox quruyur. Keçilməz cəngəllik bitən yerlərdə, məsələn, Cənubi Amerikadakı Amazonka çayında, havaya çoxlu oksigen keçir. Çoxlu şəhərlər və tüstüləyən zavodlar olan yerlərdə hava tüstü, yanıq iyi və hislə çirklənir.
Hava isə özü də qazdır, onun molekullarının sərhəd və divarları olmadığından onlar azad uçurlar. Əksinə hava hər yerdə eyni olmağa çalışır. Əgər günəş, yer və okeanlar havanı sakit buraxsaydılar, temperatur və rütubət hər yerdə eyni olardı, küləklər isə birdəfəlik sakitləşərdi.
Lakin hava heç vaxt eyni olmur. Çünki yer və su hər yerdə müxtəlifdir, günəş də hər yeri müxtəlif cür qızdırır. Məhz günəşə görə bizim planetdə küləklər sakitləşə bilmirlər.
Əlbəttə ki, küləyin hara və hansı qüvvə ilə əsdiyini müəyyən etmək elə də asan deyil, buna təsir edən səbəblər çoxdur. Mən isə sizə bütün küləklərin ən əsas səbəbindən danışmaq istədim.
|
|