Ana Səhifə
Mahnılar
Nağıllar
Tapmacalar
Atalar Sözü
Bunları bilirdinizmi
Oyna və öyrən
Heyvanları sevin
İslam və uşaq
Nəqliyyat
Sağlıq
Əcnəbi nağıllar və mahnılar
Turpun Nağılı - MP3
Toyuq - ordek ve sichan nağılı MP3
Ağıllı Kuklam - mp3
Cücələrim - mp3
Can Bala - Damdabaca - mp3
Can Bala - U.Hacıbəyovun Arşın Mal Alan operettası - mp3
Can Bala - Cücələrim - mp3
Can Bala - Fəsillərin gözəli - mp3
Can Bala - Heç kim bilməsin - mp3
Can Bala - Sevirəm bu fəsili
|
Salam, doğma məktəb
Sözləri Hüseyn Abbaszadənin,
Musuqisi Qənbər Hüseynlinindir.
Salam, doğma məktəb, ey ana məktəb
Gəlmişik hamımız yay tətilindən.
Sənə gözəl, göyçək hədiyyəmiz var,
Qoşqar dərəsindən, Kür sahilindən.
Nəqərat:
Al bizi yenə də qoynuna, məktəb!
Böyüt məhəbbətlə, ey ana məktəb!
Sakit axşamlarda yaşıl düzlərə
Al şəfəq saçıldı tonqalımızdan.
Hər sözün başında səndən danışdıq,
Çıxmadın bir an da xəyalımızdan.
Nəqərat.
Göy göldən, Kəpəzdən, Cıdır düzündən
Mahnı deyə-deyə keçdik yayda biz.
Canımız bərkimiş günün altında,
Yaxşı dincəlmişik bu üç ayda biz.
Nəqərat.
|
|