Ana Səhifə
Mahnılar
Nağıllar
Tapmacalar
Atalar Sözü
Bunları bilirdinizmi
Oyna və öyrən
Heyvanları sevin
İslam və uşaq
Nəqliyyat
Sağlıq
Əcnəbi nağıllar və mahnılar
Turpun Nağılı - MP3
Toyuq - ordek ve sichan nağılı MP3
Ağıllı Kuklam - mp3
Cücələrim - mp3
Can Bala - Damdabaca - mp3
Can Bala - U.Hacıbəyovun Arşın Mal Alan operettası - mp3
Can Bala - Cücələrim - mp3
Can Bala - Fəsillərin gözəli - mp3
Can Bala - Heç kim bilməsin - mp3
Can Bala - Sevirəm bu fəsili |

TƏRLİ TƏRLİ SU İÇMƏYƏK
Əsmər o səhər hər yeri ağrıyaraq oyanmışdı, qızdırma içində idi. Əsmərin bu halını fərq edən anası, əlini onun başına qoyaraq istiliyini ölçməyə çalışdı.
Əsmərin qızdırması çox yüksək idi və həkimə aparılması lazım idi.Əsmər həkimdən o qədər çox qorxurdu ki, amma həkimə getməli idi. Çünki ya bir daha məktəbə gedə bilməzsəm, yoldaşlarımı və müəllimlərimi görməzsəm deyə qorxurdu. Bir an əvvəl yaxşılaşıb məktəbinə dönmək istəyirdi.
Həkim Kamal Bəy, Əsməri müayinə edərkən, Əsmər, bir tərəfdən də həkimdən qorxmanın nə qədər mənasız olduğunu anlamışdı.
Çünki həkim əmisi, yalnız dərəcəylə qızdırmasını ölçmüş, boğazına baxmış və sinəsini dinləmişdi. Əsmər, əslində xəstəliyinin səbəbini də bilirdi. Anası və müəllimi, ona tez-tez tərliyərkən su içilməz, xəstələnərsən dediyi halda, o, dünən məktəbdə çox qaçmış, çox tərləmiş və sonrasında da soyuq su içmişdi. İndi də xəstə idi. Əsmər bu deyilənləri etmədiyi
üçün çox kədərlənmişdi. Bu xəstəlik, ona bir dərs olmuşdu. Nəysə ki Əsmər, həkim əmisinin yazdığı dərmanları nizamlı olaraq istifadə etmiş, yaxşıca istirahət etmiş və bir neçə gün sonra məktəbinə dönmüşdü. Əsmər artıq yaxşılaşmışdı. Yoldaşlarına və müəlliminə qovuşduğu üçün çox xoşbəxt idi.
|
|