head
Elm ağılın çırağıdır. Elmin gücü, Yıxar bürcü.


Ana Səhifə
Mahnılar
Nağıllar

Tapmacalar
Atalar Sözü

Bunları bilirdinizmi
Oyna və öyrən
Heyvanları sevin
İslam və uşaq
Nəqliyyat
Sağlıq
Əcnəbi nağıllar və mahnılar

Turpun Nağılı - MP3

Toyuq - ordek ve sichan nağılı MP3

Ağıllı Kuklam - mp3

Cücələrim - mp3

Can Bala - Damdabaca - mp3

Can Bala - U.Hacıbəyovun Arşın Mal Alan operettası - mp3

Can Bala - Cücələrim - mp3

Can Bala - Fəsillərin gözəli - mp3

Can Bala - Heç kim bilməsin - mp3

Can Bala - Sevirəm bu fəsili

Aşmaz-uşmaz,
Yerə düşsə,
Beli sınmaz.
Açması: Yarpaq

***

Əyri-üyrü boy atar,
Əyağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
Açması: Söyüd ağacı

***

İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
Açması: Bağ

*** Uzanar, ha uzanar,
Qollarınnan balalar.
Açması:  Ağaclar
Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
Açması: Lobya

Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
Açması: Kələm 

***

Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
Açması: Soğan

***

Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
Açması: Bibər

***

Bədəni yerdə,
Saqqalı göydə.
Açması: Turp

***

Bir damım var, qapısı yox.
Açması: Qarpız

***

Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
Açması: Kosmonavt

***

O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
Açması: Avtomobil

Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
Açması: Kartof

Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
Açması: Xiyar

Ağ yerə toxum səpərlər
Açması: Yazı

Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
Açması: Qələm

Ağca atı nalladım,
Səmərqəndə yolladım.
Açması: Məktub

Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
Açması: Paravoz

Bir qapağı, Min yarpağı.
Açması: Kitab

Bir qarpızım var cığal
Üstünə dünya sığar.
Açması: Qlobus

Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
Açması: Elektrik lampası

Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
Açması: Təyyarə

Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
Açması: Paraxod

Özü qara, sözü ağ.
Açması: Yazı lövhəsi

NÖVBƏTİ

 

balaca

Uşaqlar üçün əyləncəli rəngləmə oyunuKöçür

Qartopu oynamaq istəyirsiniz? Snowcraft

Şəkili tamamlayın Halloween-pumpkins

Şarları partladın Funbubbels

Azərbaycanın xəritəsini bilirsən? Xəritə

Tennis oyna Tennis

Ping-pong oyunu Ping-pong

Dasha

 

 

 

 

 

Copyright © 2009 Bütün Hüquqlar Rəqəmsal İnkişaf İctimai Birliyinə Məxsusdur!