Ana Səhifə
Mahnılar
Nağıllar
Tapmacalar
Atalar Sözü
Bunları bilirdinizmi
Oyna və öyrən
Heyvanları sevin
İslam və uşaq
Nəqliyyat
Sağlıq
Əcnəbi nağıllar və mahnılar
Turpun Nağılı - MP3
Toyuq - ordek ve sichan nağılı MP3
Ağıllı Kuklam - mp3
Cücələrim - mp3
Can Bala - Damdabaca - mp3
Can Bala - U.Hacıbəyovun Arşın Mal Alan operettası - mp3
Can Bala - Cücələrim - mp3
Can Bala - Fəsillərin gözəli - mp3
Can Bala - Heç kim bilməsin - mp3
Can Bala - Sevirəm bu fəsili
|
Televiziyanın icadı:
Televiziya tək bir adam tərəfindən icad edilmədi. Bir çox insanın kiçik kəşfləri və fikirləri birləşib sonunda televiziyanı ortaya çıxartdı. Belə bir deyim var: Damla-damla göl olar! deyirik və ya onun kimi məlumatlar zamanla toplanaraq -televiziya- ortaya çıxdı. Televiziya ilə əlaqədar ilk işlər 1884-cü ildə başladı. 1923-cü ildə ilk televiziya verilişi edildi.
Televiziya necə işləyir?
Televiziyaların arxasında bir az uzunca bir balon vardır. Bu balon içərisində elektrikin istiqaməti dəyişdirilə bilir. Elektrik sağa-sola və aşağıya-yuxarıya hərəkət etdirilərək ekran üzərində istənilən nöqtəyə göndərilir. Elektrik hansı yerə çarpsa orada rəngli bir nöqtə meydana gətirir. Ekran üzərində bir çiçək rəsmi meydana gətirmək üçün eyni anda minlərlə nöqtəyə elektrik çatdırmaq lazımdır.
Televiziya və beynimiz
Televiziyaya baxdığımız zaman bir saniyədə bir adamın 25 şəkilini görərik. Bu şəkillər arxa arxaya çox sürətli gəlirlər. Beynimiz də adamı hərəkət edirmiş kimi qəbul edər. Cizgi filmlər də bənzər şəkildə edilər. Əvvəl şəkillər tək-tək çəkilər. Sonra bunlar çox sürətli bir şəkildə gözünüzün qarşısından keçirilər. Siz də hərəkət edən şeylər görərsiniz. Bir dəqiqə televiziyaya baxdığınızda 1500 şəkil görərsiniz. Bir saatda isə 90 min şəkil... Təəssüf beynimizi bu qədər yormayaq!
TV yayımı evinizə necə çatar?
Əvvəl bir kamera ilə görünüşlər və səs yazılar. Sonra bu görünüşlər və səslər elektrikə çevrilər. Görünüşlər və səslər antena vasitəsi ilə elektrik şəklində atmosferdə hər tərəfə işıq sürəti ilə yayılar. Sonra televiziyamızdakı antenalar bu elektrikləri tutub televiziyamıza verərlər. Televiziyamızın içində bu elektriklər təkrar görünüşə və səsə çevrilir. |
|